“Neftçi” ilə danışıqları sonra davam etdirmək qərarına gəldim”

Premyer Liqada sona 2 tur qalmış Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparan “Neftçi” transfer çalışmalarına start verib. Paytaxt təmsilçisi yay fasiləsində ilk növbədə qapı xəttini gücləndirəcək. Ötən yay transfer edilən Krşevan Santini ümidləri doğrultmayınca, onun müqaviləsinə xitam verən bakılılar mövsümün gedişində Boban Baykoviçi heyətə cəlb etmişdilər.

 

Sportinfo.az xəbər verir ki, zəif çıxışı ilə sələfindən heç də fərqlənməyən serbiyalı qolkiper yola salınacaq. Mayın sonunda müqavilə müddəti başa çatacaq Baykoviçlə yeni saziş bağlamaq fikrində olmayan “Neftçi” rəhbərliyi yeni qolkiperini artıq müəyyənləşdirib. Kamran Ağayevlə Səlahət Ağayev arasında seçim edən “ağ-qaralar” sonda üstünlüyü ikinciyə veriblər. Əldə etdiyimiz məlumata görə, “Neftçi” tərəfi bununla bağlı yığmamızın qolkiperi ilə danışıqlara start verib və görüş müsbət məcrada keçib.
 
2008-2015-ci illərdə “İnter”də çıxış edən Səlahət Ağayev müxtəlif vaxtlarda MOİK və “Sumqayıt”da icarə əsasında çıxış edib. Cari mövsümün əvvəlindən yenidən “İnter”ə qayıdan 26 yaşlı qapıçı 2010-cu ildən Azərbaycan millisinə çağırılır. Səlahət Ağayev özü də əməkdaşımızla söhbətdə “Neftçi”dən təklif aldığını gizlətməyib.

 

Ancaq o, hər hansı bir anlaşmanın olmadığını sözlərinə əlavə edib: “Bəli, “Neftçi”dən təklif almışam. Aramızda görüş də olub. Amma “İnter”lə müqavilə müddətim davam edir və komandamın çempionatda hələ iki oyunu var. Bu üzdən “Neftçi” ilə danışıqları mövsüm başa çatdıqdan sonra davam etdirmək qərarına gəldim” (apasport.az).

Tarix: 19 Aprel 13:24    Oxunub: 454    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Noyabr 2017
18 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.