İcra Hakimiyyəti və AFFA "Kəpəz" üçün indi nə iş görəcək?

Gəncə mayın gəlişini səbirsizliklə gözləyir. Aprel çıxdı, dərd çıxdı. 1962-ci ildə istismara verilən, o tarixdən bu yana təmir üzü görməyən şəhər stadionu təmirə bağlanacaq. Hələlik kompleks yenidənqurmadadan heç kim danışmır. Birinci mərhələdə arenanın qazonu dəyişdiriləcək. Yerli şirkətlərdən biri bu işi görəcək.


Mətbuatda yayılan xəbərlərə görə, AFFA-nın qazonun yenilənməsi xərclərini üzərinə götürməsi Elmar Vəliyevi də həvəsləndirib və icra başçısı oğlu Elmir Vəliyevin patronajlığındakı klub üçün faydalı iş görmək qərarına gəlib. Belə ki, o, stadion ərazisindəki 3 məşq meydançasını təmir etdirmək niyyətindədi və ora “Dalğa Arena”dan gətirilmiş süni qazon döşənəcək. 

 

Mərdəkandakı meydana ot örtüyü salınarkən Gəncəyə göndərilmiş qazon rulonları bir ildən çoxdu stadion ərazisində “yatır”. Vəliyev də onlardan səmərəli istifadə, uşaq komandalarını məşq meydançaları ilə təmin etmək üçün qollarını çırmalayıb. 


"Kəpəz"in Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu Sportinfo.az-a bildirib ki, sözügedən meydançaların təmiri planlaşdırılmır: "Bu haqda xəbərləri oxumuşam. Təki doğru olsun! Ancaq onu deyim ki, məşq meydançalarının yenidən salınması indi aktual deyil.

 

Şəhər rəhbərliyi klub və stadionla bağlı bütün məsələlərə həssas yanaşır, diqqət göstərir. Bugünədək İcra Hakimiyyətindən daim qayğı görmüşük. Sadəcə, həmin meydançalarla bağlı heç bir müzakirəmiz olmayıb".

Tarix: 19 Aprel 13:12    Oxunub: 337    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 May 2017
27 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.