"Şəmkir" yeni baş məşqçiylə anlaşdı – Premyer Liqa hazırlığına start

"Turan Tovuz"la I Divizionun çempionu olan Əsgər Abdullayev yeni iş yerini müəyyənləşdirib. Sportinfo.az-ın məlumatına görə, təcrübəli mütəxəssis bu gün "Şəmkir"ə razılıq verib. Qərb klubunun gələn mövsüm Premyer Liqada mübarizə aparacağı barədə vədlərə inanan çalışdırıcı artıq seleksiyaya başlayıb. O, bu məqsədlə 10-dan artıq yerli futbolçu ilə görüşüb, həmçinin tanıdığı bəzi legionerləri danışıqlara dəvət edib. 


Komandanı son 2 turda meydana yenə Badri Kvaratsxeliya çıxaracaq. Ondan sonra isə… Rəhbərlik gürcünün burda qalmasını istəyir. Elə Abdullayev də. Sadəcə, əməkhaqqısını ala bilməyən Kvaratsxeliyanın rəsmilərə etibarı qalmayıb. Köməkçiləri Mehman Yunusovla Rauf Mehdiyev kimi, o da yaranmış vəziyyətdən tədirgindi.


Əsgər Abdullayev "Şəmkir"ə "okey" verməklə oğlu Kənanın da problemini çözüb. Nəhayət, yeni rəhbərliyin sayəsində oğluna iş tapıb. O, "Şəmkir"lilərdən səlahiyyət sözü də alıb. Yəni, işinə qarışan-zad olmayacaq, bütün qərarları özü verəcək, tamamilə sərbəst çalışacaq. Ələlxüsus, "dövlət içində dövlət quracaq". 

 

Tarix: 19 Aprel 12:24    Oxunub: 1471    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 May 2017
27 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.