Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki “Valensiya”ya baş məşqçi təyin olunacağı ilə bağlı iddialara münasibət bildirib. Sportinfo.az-ın məlumatına görə, 47 yaşlı xorvatiyalı mütəxəssis bu barədə “National Radio”ya danışıb.
R.Prosineçki bildirib ki, bununla bağlı “Valensiya” klubundan rəsmi təklif almayıb. İspaniya təmsiçisindən heç kimin ona müraciət etmədəiyini söyləyən R.Prosineçki baş məşqçi postunda Salvador Qonzalesi əvəzləyəcəyinə dair xəbərləri təkzib edib.
Robert Prosineçki futbolçu karyerası ərzində İspaniyada "Real", "Barselona" və "Sevilya"nın formasını geyinib. O, Azərbaycan millisinə 2014-cü ilin dekabrından rəhbərlik edir. R.Prosineçkinin müqaviləsinin müddəti 2017-ci ilin dekabrında başa çatır. Xorvatiyalı mütəxəssisin meneceri Yaşar Çalışır isə Sportinfo.az-a açıqlamasında “Valensiya” klubun idman direktorunun onunla maraqlandığını söyləyib.