Azərbaycan yığmasının futbolçusu üçün gözəl şans

Azərbaycan millisinin futbolçusu Emin Mahmudovun "Boavişta"nın əsas heyətində meydana çıxmaq şansı yaranıb. Sportinfo.az-ın "ABola" nəşrinə istinadən verdiyi məlumata görə, 25 yaşlı yarımmüdafiəçi Portuqaliya çemionatının XXX turunda “Gimaraynş”la səfər qarşılasımasında “11-lik”də yer ala bilər.


Buna səbəb əsas heyət üzvləri Fabiu Eşpinyu və İdrissa Mandyanqın zədəli olmasıdır. Onların yoxluğunda baş məşqçi Migel Lealın orta xəttə F.Eşpinyunun əvəzinə E.Mahmudovu, İ.Mandyanqın yerinə isə Karrasanı meydana buraxacağı iddia olunur.

 

Aprelin 23-də keçiriləcək “Gimaraynş” – “Boavişta” oyunu saa 24:00-da başlayacaq. Hazırda Emin Mahmudovun komandası 35 xalla 10-cu pillədə qərarlaşıb. Aktivində 1 qolu olan Mahmudov indiyədək cəmi 1 dəfə əsas heyətdə meydana çıxıb. Daha 8 dəfə o, meydana sonradan daxil olub. Klubun daha bir azərbaycanlı oyunçusu - qapıçı Kamran Ağayevlə ötən gün qarşılıqlı razılıq əsasında yollar ayrılıb. 

Tarix: 19 Aprel 00:34    Oxunub: 560    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Noyabr 2017
16 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.