Kinli Şahin Diniyev "Kəpəz"i gəncəlilərdən "təmizləyir"

"Kəpəz" mövsümün uğursuzlarındadı. Şahin Diniyev yayda eyforiyaya qapıldı, Avropa Liqasında bir mərhələ keçməyin sevincini başından ata bilmədi. Premyer Liqanın ilk 2 dövrəsi əyani şəkildə göstərdi ki, "Kəpəz" öz oxu ətrafında fırlanmır. Diniyev vaxtilə "Kəpəz" adının lərzəyə gətirən cəhətlərini bərpa edə bilmədi. 


Ötən il başdan-başa dolu olan tribunaların boşalmasının səbəbini axtaranlar Gəncə futbolunun tarixinə və Gəncə azarkehinin özünəməxsus xüsusiyyətlərini öyrənsin. Gəncədə futbola həssas azarkeş ordusu var. Onun sevib-seçdiyi komanda meydanda olarsa, tribunalar heç vaxt boşalmaz: bunu hər kəs anlamalıdı. 


Hazırkı idarəetmə strutkuru, əslində, xalq ovqatını versə də, onun yönü-yöntəmi, çətin ki, bu şəhərin futbolsevərlərini razı salsın. Bu həssas mövzuya hələ qaytmaq imkanımız olacaq. Lakin klub rəhbərliyinə fasilədə həm heyətə, həm də bununla yanaşı, yerli futbola bir nəzər salması vacibdi. Bir də yerli azarkeşin rəyi əsas götürülməsə, tribunalar boşala-boşala gedəcək və bir gün bu "Kəpəz" də sələfinin aqibətini yaşayacaq.


Diniyev klubu doğma şəhərindən uzaqlaşdırıb, özünküləşdirib. Onunla dədə malı, özü bildiyi kimi davranır. "Kəpəz" oyundan-oyuna Nizami yurduna yollanır. Məşq və toplanışlar Bakıda təşkil olunur. Baş məşqçinin marağı da yoxdu ki, futbolçuların Gəncədə qalmasına və məşq keçməsinə şərait yaradılmasını şəhər və klub rəhbərliyindən tələb etsin. 


Səbəbi Mehman Allahverdiyev qorxusudu. İcraçı direktoru Elmar Vəliyevin gözündən saldı. Ardınca Allahverdiyevin yaxın dostu Nofəl Əzimovu rəis postundan götürdü. Bütün bunlar onun işidi. "Kəpəz"də bir gəncəli qalmamalıdı - o, bu məqsədə çatanadək çalışacaq. Özü ağa olmaq istəyir, ona görə də futboldan bilənlərin hərəsinibir yolla dərbədər salır klubdan. 


Pambıqla baş kəsir. 10 il olmuş hadisənin acığını çıxır Allahverdiyevdən. Ovaxtkı "Gəncə"də başına gələnlərin bir nömrəli günahkarı qismində onu görür ancaq. Odu ki, yaxınlıqda görünənləri bir-bir "təmizləyir". Şahid saxlamır. Diniyevin özünə də bəllidi ki, futbolçularla gördüyü "iş"in üstü gec-tez açılacaq. "Amma burda keçən hər gün də qənimətdi"… Deyə, hərəkət(lər)indən qalmır.  


AFFA susur, səsə salmır. Diniyev öz kadrlardı. Bəh-bəhlə aparıb əyləşdiriblər kürsüdə. Əməllərinə ayna tutmurlar ki, tozanaq qopar, adları bədnam olar. Göz yumurlar. Nə qədər getdi, getdi…

 

SEYİD

 

Tarix: 4 Yanvar 13:00    Oxunub: 679    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Avqust 2017
19 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.