Səfərli ikinci, Hüseynov üçüncü

İsveçrənin Sürix şəhərində təşkil olunan "Kortchnoi Open" şahmat turnirində altıncı turun görüşləri keçirilib. Sportinfo.az xəbər verir ki, qrossmeysterlərimiz turu qələbə ilə başa vurub. Qara fiqurlarla oynayan Eltac Səfərli rusliyalı Pavel Trequbovu, Qədir Hüseynov isə ağ fiqurlarla Belarus təmsilçisi Andrey Jiqalkovu əliboş qoyub. 

 

Beləliklə, turnirin sonun bir tur qalmış aktivində 5 xalı olan Səfərli ilə Hüseynov, müvafiq olaraq, 2 və 3-cü yerdə qərarlaşırlar. Lider isə təmsilçilərimizlə eyni xala malik rusiyalı Aleksandr Rəhmanovdu. Son turda E.Səfərli və Q. Hüseynov rəqib olacaq. Eltac ağ fiqurlarla oynayacaq.

Tarix: 17 Aprel 10:36    Oxunub: 108    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Noyabr 2017
19 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.