Ev sahiblərinin "qara günü"

İspaniya kubokunun 1/8 final mərhələsinin ilk oyunlarına start verilib. Sportinfo.az xəbər verir ki, mərhələnin ilk oyun günündə 4 qarşılaşma baş tutub. “Selta” səfərdə son vaxtlar yaxşı günlərini yaşamayan “Valensiya”nı böyük hesabla məğlub edərək (4:1), 1/4 finala bir az da yaxınlaşıb.

 

Viqo təmsilçisi kimi “Eybar” da ilk oyunda işini böyük ölçüdə həll edib. “Göy-qırmızılar” səfərdə “Osasuna”ya şans verməyib (3:0). “Atletiko”da ilk oyunundan qələbəylə ayrılıb. “Hindular” “Las Palmas”ı 2:0 hesabıyla məğlub edərək, 1/4 finala vəsiqə istiqamətində mühüm addım atıb.

 

“Alaves” isə səfərdə “Deportivo”yla “sülh bağlayıb” - 2:2. Maraqlıdı ki, mərhələnin ilk oyun günündə keçirilmiş bütün qarşılaşmalarda ev sahibləri qələbəyə həsrət qalıblar (1 heç-heçə, 3 məğlubiyyət).

 

"Valensiya" - "Selta" 1:4

Parexo, 58-pen - Yaqo Aspas, 3-pen. Bonqonda, 14. Vass, 19. Quidetti, 75.

 

"Osasuna" - "Eybar" 0:3

Nano, 28. Bebe, 75. Adrian, 90.

 

"Las Palmas" - "Atletiko" 0:2

Koke, 24. Qrizmann, 51.

 

"Deportivo" - "Alaves" 2:2

Bruno Qama, 74. Xoselu, 90+3 - Kristian Santos, 3. Edqar Mendes, 45+2-pen

Tarix: 4 Yanvar 10:24    Oxunub: 128    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

29 Mart 2017
28 Mart 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.