"Milli DÇ-2018-ə qatılsa, əsas futbolçulardan biri öləcək” - AÇIQLAMA

Braziliyalı öncəgörən Karlinyos futbol dünyasını şoka salacaq açıqlama verib. Sportinfo.az xəbər verir ki, öncəgörən “youtube”dakı videosunda Çili millisi DÇ-2018-ə qatılacağı təqdirdə, millinin ölkə xaricində top qovan futbolçularından birinin öləcəyini deyib: “Çili millisi DÇ-2018-ə qatılacağı halda, yığmanın ölkə xaricində top qovan əsas futbolçularından biri oynamayacaq, çünki öləcək”.

 

53 yaşlı mediumun bu açıqlamasından sonra ağıla ilk olaraq “Bavariya”nın yarımmüdafiəçisi Aleks Vidal və “Arsenal”ın hücumçusu Aleksis Sançes gəlib. Karlinyos əvvəlki açıqlamarının düz çıxmasıyla gündəmə gəlmişdi. Belə ki, o, Braziliyada təşkil edilən DÇ-2014 zamanı bu ölkənin millisinin Almaniyaya 1:7 hesabıyla uduzacağını, Neymarın isə zədələnərək mundialı vaxtından əvvəl tərk edəcəyini açıqlamışdı.

 

Bu ilin mart ayında “Bir futbol komandasının üzvlərinin əksəriyyəti təyyarə qəzasında həlak olacaq. Bunu qeyd edin, bu dediyim qarşıdakı ilyarım ərzində baş verəcək” deyən öncəgörənin kəhanəti “Şapekoense” klubunun üzvlərini daşıyan təyyarənin qəzaya uğramasıyla gerçəkləşmişdi.

Tarix: 20 Dekabr 12:48    Oxunub: 292    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 Mart 2017
25 Mart 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.