Millimiz orda 3-cü oldu

Lüksemburqda keçirilən “Novotel Cup 2017” turnirinə yekun vurulub. Sportinfo.az-ın məlumatına görə, kişi voleybolçulardan ibarət Azərbaycan millisi 4 komandanın qatıldığı turniri 3-cü pillədə başa vurub. Fərid Cəlalovunun yetirmələri İslandiya yığması ilə ilk qarşılaşmada 3:1 (25:21, 21:25, 25:16, 25:9) hesablı qələbə qazansa da, uğurunun davamını gətirə bilməyib. Yığmamız II turda meydan sahibləri, son matçda isə Almaniyaya tay-brekdə uduzub.
 
Lüksemburqla matçda iki dəfə hesabı bərabərləşdirmək də, məğlubiyyətdən qaçmağa yetərli olmayıb – 2:3 (23:25, 25:19, 24:26, 25:20, 7:15). Yarışa U-21 ilə qatılan Bundestimlə matçda isə komandamız iki dəfə önə keçsə də, 1 xalla kifayətlənib – 2:3 (27:25, 18:25, 25:14, 22:25, 11:15). Nəticədə 5 xal toplayan yığmamız Lüksemburqdan 2, Almaniyadan 1 xal geri qalıb. Sonuncu olan İslandiya xal qazana bilməyib.

Tarix: 3 Yanvar 13:24    Oxunub: 80    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Fevral 2017
20 Fevral 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.