20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş karate turniri keçiriləcək

Gələn il yanvarın 21-22-də Azərbaycan Milli Karate Federasiyası və “Arpaçay” klubunun təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək. Sportinfo.az xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunacaq turnirində 6-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclər iştirak edəcəklər. Karateçilər kata və kumite yarışlarında qüvvələrini sınayacaqlar. Qaliblər təşkilatçılar tərəfindən medal, diplom, kubok və pul mükafatı ilə təltif olunacaqlar. 

Tarix: 20 Dekabr 11:36    Oxunub: 336    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Sentyabr 2017
23 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.