Avropa çempionatına gedəcək Azərbaycan yığmasının heyəti

Bolqarıstanın paytaxtı Sofiyada 21 yaşadək taekvondoçular arasında keçiriləcək Avropa çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb. Sportinfo.az xəbər verir ki, aprelin 6-da startı veriləcək qitə birinciliyinə məşqçi Elnur Amanovun rəhbərliyi altında 7 idmançı yollanacaq.


Heyətdə Fizam Mehtiyev (58 kq), Məmmədalı Quliyev (63 kq), Əliəsgər Əliyev (68 kq), Səid Quliyev (74 kq), Paniz İsmayılpur (46 kq), Gülhanım Yeşildal (53 kq) və Daria Şkurko (67 kq) yer alıb. Üç gün davam edəcək çempionatda beynəlxalq dərəcəli hakim Elşad Məmmədov görüşləri idarə edəcək. Avropa birinciliyinə aprelin 9-da yekun vurulacaq.

Tarix: 3 Aprel 19:12    Oxunub: 162    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Sentyabr 2017
22 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.