Baş məşqçi Kamranı söyüb!

Gənclər yığmasının yarımmüdafiəçisi Kamran Abdullazadə «Sumqayıtın əsas komandasından uzaqlaşdırılıb. O, artıq 3 turdu əvəzedicilərin çempionatında çıxış edir. Samir Abasov perspektivli gənci «dubla göndərməsini onun zəif təsir bağışlamasıyla əlaqələndirib. Baş məşqçi bildirib ki, Abdullazadə etimadı doğrultmur. 


"Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu bununla bağlı ilginc iddia irəli sürüb. Sportinfo.az-ın məlumatına görə, o, cənub klubunun yetirməsi olan Kamranın Abasovun qəzəbinə tuş gələn hərəkətə yol vermədiyini bildirib, bunun bir təhqiramiz ifadənin üstündə baş verdiyini qeyd edib:

 

"Xəzər Lənkəran"ın yetirməsi Kamran Abdullazadə uzun müddətdi "Sumqayıt"ın əsas heyətində çıxış edir. Hazırda əvəzedici heyətə göndərilib. Bayaq eşitdim ki, baş məşqçi Samir Abasov məşqdə söyüş söyüb, Kamran da mədəni qaydada izah edib ki, onun şəxsiyyətini kimsə alçalda bilməz. Məhz bu mədəni şəxsiyyət qorunması Samir Abasova xoş gəlməyib, əsas heyət üzvünü əvəzedici heyətə göndərib.

 

Azərbaycan futbolundan söz düşəndə, məhz «atlar ölüb, itlər bayram edir" məsəlini ona görə tez-tez vurğulayıram. Kamran bizim klubun sözün bütün mənalarında ən mərifətli və qanacaqlı gənc futbolçularından biri olub. Ailəsini tanıyıram. Mədəni bir ailədən çıxmış uşaqdı.

 

Nömrəsini dəyişib deyə, əlaqə saxlaya bilmədim. Kamran, unutma, hər evdən mərifətli adam çıxmır. Qanacaq və ədəb hər ailənin əsas mayası olmur. Ev var, evində söyüşün biri bir qəpikdi. Ata oğlu, oğul atanı söyür. Qarşımıza belələri çıxanda bizə qəribə gəlir. Amma var belələri, atam balası!

Tarix: 3 Aprel 10:00    Oxunub: 676    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.