Mübariz Mənsimovun "Xəzər Lənkəran"ı bərpa etməsinin 2 YOLU

“Yayda “Xəzər Lənkaran”ın əsas komandası ehtimal var ki, öz fəaliyyətini bərpa etsin” - bunu klubun mətbuat katibi Hüseyn Cəbrayıloğlu deyib. Onun sözlərinə görə, komanda bərpa olunsa, əvvəlki kimi iddialı olacaq:  "Bu məsələ aprel-may aylarında dəqiləşəcək. Qışdan öncə bu şans 20 faiz idisə, indi bu göstərici 60-a bərabərdi. 


Klub bərpa olunsa, rəhbərlik və sponsor əvvəlki kimi qalacaq. 100 faiz dəqiq olan şey varsa, o da klub fəaliyyət göstərəcəyi təqdirdə adını dəyişməyəcək və yenidən “Xəzər Lənkəran” kimi oyunlarını keçirəcək, borclarımız ödəniləcək. Komandamızın Premyer Liqadan, yoxsa birinci diviziondan mübarizəyə başlayacağını isə dəqiq deyə bilmərəm. Deyilənlər baş tutsa, “Xəzər Lənkəran” əvvəlki kimi iddialı komanda olacaq"


Bu açıqlama Mübariz Mənsimovun hüquqi yollara baş vurduqdan sonra şirkəti “Palmali”yə aid olan 4 gəmisini geri ala bilməsindən sonra təsadüf etdi. Belə ki, Maltada qeydiyyatda olan gəmilər, haqqında cinayət işi açılan Alaatdin Aykaç tərəfindən mənsimsənilsə də məhkəmə bunu qanunsuzluq kimi dəyərləndirib və onların sahibinə qaytarılması barədə hökm çıxarıb.


Türkiyənin “Hüriyyet” qəzetinin “Mübariz Mənsimov eski CEO” un peşini bırakmıyor” manşetli yazısında verilən məlumata görə, “Palmali” şirkətindəki baş direktor vəzifəsindən qovulan Alaatdin Aykaç artıq dalana dirənib. Qəzetin yazarı Dinçer Gökçenin araşdırmasına görə, azərbaycanlı iş adamının sahibi olduğu şirkətdə yüksək vəzifə tutan Alaatdin Aykaç və digər məsul şəxs Fatih Berber haqqında Türkiyə, Malta və Londonda 5 ayrı-ayrı iddialarla məhkəməyə müraciət olunub. Yeni başlanan proseslərdən birini Aykaç artıq uduzub. Söhbət yuxarıda qeyd olunan 4 gəmidən gedir.

 

Bundan əlavə, yazıda məhkəmə proseslərindən daha birinə yer verilib. İddiaya görə, Alaatdin Aykaç bütün bu məbləğləri vaxtı ilə çalışdığı şirkətdən, “Palmali”dən oğurlayıb gizli yaratdığı şirkətin hesabına köçürüb. Həmçinin Türkiyə Futbol Federasiyasında vəzifə daşıyan Alaatdin Aykaçın Serbiya vətəndaşlığına keçdiyinə görə vəzifəsinə son veriləcəyi qeyd olunub. Vurğulanır ki, Alaatdin Aykaç və Fatih Berberin Mübariz Mənsimova vurduğu maddi ziyanlar məhkəmə yolları ilə geri ödəniləcək.

 

"Xəzər Lənkəran"ın əsas komandası iyunda rəsmən dağıldı. Akademiyanın yaşamasından söz edilirdi, bu da olmadı. "Ağ-yaşıllar"dan yalnız U-17 qalıb, digər yaş qruplarının məşqçi və futbolçularını indi biz ya Lənkəran bazarında, ya da şəhərin çay evlərində görə bilərik. Klubun bərpası nə Mais Mənsimovdan, nə də onun rəhbəri olduğu "Palmali"nin Bakı ofisindən asılıdı. Mübariz Mənsimov onsuz da, axır 2 ildə "Xəzər Lənkəran"ın yükünü çəkmirdi, imtina etmişdi. 

 

O, "Palsüd"ü kiçik qardaşına əmanət edib, "zavodu verdim sizə, gedin, başınızı birtəhər dolandırın" deyib. Azərbaycanda yeni biznes sahəsi yaratmaq, qurmaq və bunun kimi üçüncü planı yoxdu. Neft daşımaçılığı sektorunda dominantlığı təkrarən geri qaytaracağına da demək olar inamı qalmayıb. Mübariz Mənsimovun 200-300 min manatı yox idi ki, klubu saxlasın? Var, əlbəttə! Birdəfəlik qəbul etməliyik ki, Mənsimovun problemi SOCAR/AFFA ilədi. Rövnəq Abdullayevlə münasibətləri düzəlməyənədək, XL-ın qayıdışı qeyri-mümkündü.

 

Bu, dövlət rəhbərliyi səviyyəsində, ən ÜST QAT çapında reallaşa bilər yalnız. "Yuxarı"dan tapşırılmalı, nələrsə vəd olunmalıdı ki, İstanbulda yaşayan tanınmış iş adamı sahibi olduğu klubun daxili həyatını canlandırsın. 

 

İnandırıcı olmayan da budu. Eldar Mahmudov MTN naziri postundan uzaqlaşdırılmasından sonra Mənsimovun Azərbaycandakı dayanları ümumiyyətlə zəifləyib. Çox yaxın idilər. Mahmudov nazir olduğu vaxt qızının toyunda iştirak edib. Sabiq nazirin atasının adını tankerlərindən birinə verdiyi də məlumdu. Allahşükür Paşazadə? Qafqaz Müsəlmanları Ruhanı İdarəsinin şeyxi "Xəzər Lənkəran"ın patronuna bunadək bir çox işdə yardım edib, amma onun da nə isə bir fikri olsaydı, yəqin ki, ötən 5-6 ayda görərdi. Üçüncü bir qüvvə də gözə dəymir ki, Mənsimovun "yuxarı"larla əlaqələrini bərpa etsin.

 

MUSA

Tarix: 2 Yanvar 14:00    Oxunub: 1081    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Oktyabr 2017
18 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.