Türkmənistan millisi "Hell Energy" içdi, Bakını qalib tərk etdi

Türkmənistan futzal yığması Bakıdakı təlim-məşq toplanışını başa vurub. Sportinfo.az-ın məlumatına görə, türkmənlər son yoxlama oyununda birinci divizion təmsilçisi "Hell Energy"yə 3:0 hesabı ilə qalib gəlib. 
 
Bununla da Asiya təmsilçisi paytaxtımızdakı hazırlıq prosesində 5 yoxlama oyununda 3 dəfə meydanı qalib tərk edib, 1 bərabərliyə və 1 məğlubiyyətə imza atıb.
 
Yaponiyalı mütəxəssis Keoxey Nakamuranın baş məşqçisi olduğu komanda artıq Türkmənistan qayıdıb və yeni ildən sonra hazırlığını tam heyətlə Aşqabadda davam etdirəcək.  

Tarix: 2 Yanvar 09:36    Oxunub: 144    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 Aprel 2017
25 Aprel 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.