"Qəbələ"li Pərviz Abdullayev bütün Çinə belə səs saldı - FOTO

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Pərviz Abdullayev kikboksinq üzrə yarışlarda növbəti qələbəsini qazanıb. Sportinfo.az xəbər verir ki, dəfələrlə dünya çempionu olan idmançımız Çinin Sanya şəhərində təşkil olunan “Kunlun Fight 56”da keçirdiyi ilk döyüşdən qalib ayrılıb.

 

75 kiloqram çəki dərəcəsində çıxış edən Abdullayev kikboksinq üzrə reytinq xarakterli döyüşdə Çin idmançısı Ma Şuo ilə qarşılaşıb. Rəqiblər hər biri 3 dəqiqədən ibarət olan 3 raundda qüvvələrini sınayıblar. Təmsilçimiz qarşılaşmanı 3:0 hesablı qələbə ilə başa vurub. Turnirə qələbə ilə start verən idmançımız növbəti mərhələyə vəsiqə qazanıb.

Tarix: 2 Yanvar 00:53    Oxunub: 204    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 Mart 2017
25 Mart 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.