Bakıda məşqçi-müəllimlər və hakimlər üçün növbəti seminar

Azərbaycan Taekvondo Federasiyasının idman zalında məşqçi-müəllimlər və hakimlər üçün nəzərdə tutulmuş seminarlara start verilib. Sportinfo.az xəbər verir ki, 31 marta qədər davam edəcək toplantıya, ölkədə fəaliyyət göstərən klub və bölmələrin məşqçi-müəllimləri, eləcə də milli və beynəlxalq dərəcəli hakimlər qatılıblar.

 

Tədbirin təşkil olunmasında məqsəd, Dünya Taekvondo Federasiyası tərəfindən tətbiq edilmiş yeni qaydalarla həm məşqçi-müəllimləri, həm də hakimləri tanış etməkdir. Hər iki seminar, ATF-nin texniki direktoru Oh Kvanq Çeol (rxan0 tərəfindən keçiriləcək və iştirakçılara xüsusi sertifikatlar təqdim ediləcək.

Tarix: 28 Mart 00:46    Oxunub: 90    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 İyul 2017
27 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.