"Pullarını oğurlayıblar, evdən qızıl zinyət əşyalarını da götürüblər”

Rəsul Mirzəyevə sui-qəsdin yeni təfərrüatları məlum olub. "Life" nəşrinin məlumatına görə, cinayətkarlar sambo üzrə dünya çempionunun ayağını sındırmaq və onu zəncirlə boğmaq istəyiblər. “Hücum edən şəxslər Rəsulu boğmaq istəyiblər, idmançı müqavimət göstərə bilib.

 

Hadisə yerini tərk edəndə cinayətkarlar mənzildə tapança və zəncir qoyublar. Onlar Rəsulun pullarını oğurlayıblar. Ehtimal var ki, hücum edən şəxslər evdən həmçinin qızıl zinyət əşyalarını da götürüblər”, - nəşrin mənbəsi məlumat verib.

 

Dağıstanlı döyüşçünü yaşadığı binanın yaxınlığında güdmüş naməlum şəxslərin onun üz nahiyəsinə pnevmatik tapançadan bir neçə dəfə atəş açdıqları, sonra isə beysbol bitası ilə döydükləri bildirilmişdi. Sportinfo.az xəbər verir ki, hazırda Rəsul Mirzəyev əməliyyat olunub və onun həyatına heç bir təhlükə yoxdu.

Tarix: 2 Yanvar 00:34    Oxunub: 324    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Avqust 2017
19 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.