Mirzəyevin sifətinə bir neçə-dəfə atəş açıb, sonra döyüblər

Qarışıq döyüş növləri üzrə məşhur idmançı Rəsul Mirzəyevi güllələyiblər. Sportinfo.az xəbər verir ki, hadisə Moskvada baş verib. Naməlum şəxslər onu evlərdən birinin girişində gözləyiblər. Cinayətkarlar Mirzəyevin sifətinə pnevmatik tapançadan bir neçə-dəfə atəş açıblar, sonra isə onu döyüblər.

 

İdmançı Moskva xəstəxanalarından birinə çatdırılıb və əməliyyat olunub. Rəsul Mirzəyev 2011-ci ildə barda İvan Aqafonova zərbə endirmiş, o isə aldığı xəsrət nəticəsində dünyasını dəyişmişdi. Buna görə də Mirzəyev 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, indiyə qədər keçirdiyi 18 döyüşün 17-də qalib gəlib. Məlumata görə, Rəsul Mirzəyevin gürcü Levon Makaşvili ilə planlaşdırılan döyüşü təxirə salınacaq.

Tarix: 1 Yanvar 15:12    Oxunub: 340    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

29 Mart 2017
28 Mart 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.