"Zlatan İbrahimoviçi buna görə transfer etmək qərarına gəldim"

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo hücumçu Zlatan İbrahimoviçi komandaya cəlb etməsinin səbəbini açıqlayıb. Sportinfo.az xəbər verir ki, Mourinyo isveçli forvardı xarakterinə görə komandaya transfer etdiklərini deyib. İbra cari mövsümdə şans qazandığı 25 oyunda 15 qola imza atıb, 4 məhsuldar ötürmə edib:

 

“Mançester Yunayted” artıq Rayan Giqqz, Robbi Kin və ya Pol Skoulz kimi super xarakterə malik futbolçulara sahib deyil. Bu cür xüsusiyyətə malik yalnız Ueyn Runi və Maykl Kerrik var idi. Mən də Zlatan İbrahimoviçi transfer etmək qərarına gəldim. Zlatan ingilis olmasa da, öz xarakteriylə kluba çox şey qazandırdı və adi oyunçudan daha artıq olduğunu göstərdi”.

Tarix: 21 Mart 00:40    Oxunub: 153    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2017
22 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.