Qonaqlar gəldi, federasiya şənlik süfrəsi açdı - FOTOLAR

“Neftçi İdman Klubu” İctimai Birliyi və Azərbaycan Cüdo Federasiyasının 2016-cı ilin idman yekunlarına həsr olunmuş təntənəli mərasimi keçirilib. Sportinfo.az-ın məlumatına görə, 2 qurum tərəfindən birgə təşkil olunan tədbirdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, “Neftçi İdman Klubu” İctimai Birliyi idarəetmə aparatının rəhbəri, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov, Olimpiya çempionları, dünya və Avropa birinciliklərinin qalibləri və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
 
Mərasimdə İsmayılovla Abbasov çıxış edərək klubu və federasiyanı təmsil edən idmançılara göstərilən qayğıdan və onların il ərzində qazandıqları uğurlardan geniş söhbət açıblar. Natiqlər hər 2 kollektivin nümayəndələrini və idmançılarını əldə etdikləri yüksək nailiyyətlər və bayram münasibətilə təbrik ediblər, onlara uğurlar diləyiblər.
 
Ardınca klub və federasiya təmsilçilərinin 2016-cı ildəki fəaliyyətləri ilə bağlı dolğun məlumat verilib. Azərbaycan prezidenti İlham Əliyevin hər zaman Olimpiya Hərəkatı və idmanın inkişafına göstərdiyi diqqət və qayğı xüsusi vurğulanıb. Hər iki qurumun idmançılarının ilboyu əldə etdikləri uğurlara və Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayevin idmana, idmançılara göstərdiyi qayğını əhatə edən videoçarx nümayiş olunub. Sonra tədbir iştirakçıları böyük maraqla və mehriban bir şəraitdə bayram şənliyini qeyd ediblər.

Tarix: 30 Dekabr 20:00    Oxunub: 377    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Noyabr 2017
20 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.