“Ötən mövsüm yaxşı oynadığı üçün müqaviləni daha 1 il uzatmışdıq"

“Roma” kapitanı Françesko Tottiyə yeni müqavilə təklif edib. Sportinfo.az xəbər verir ki, “canavarlar”ın rəhbərliyi əfsanəvi futbolçusuna klubun futbol direktoru vəzifəsini təklif edib. Klub rəhbərliyi bu il 41 yaşını qeyd edəcək hücumçuya 6 illik müqaviləylə müraciət edib. 

 

Bu barədə “Roma”nın prezidenti Xames Pallotta İtaliya mətbuatına açıqlamasında danışıb. O, İtaliya A seriyasının “Sassuolo”ya qarşı oyunundan (3:1) sonra yerli jurnalistlərə açıqlamasında klubun simvolu hesab edilən Tottiyə futbol direktoru olmağı təklif etdiklərini, 40 yaşlı hücumçunun isə daha bir il futbol oynamaq istədiyini bildirdiyini qeyd edib.

 

Totti İtaliya A seriyasının cari mövsümündə 11 oyunda şans qazanıb. O, bu oyunlarda 2 qol, 3 məhsuldar ötürməyə imza atıb. Pallotta Tottinin futbolçu kimi komandadakı gələcəyinin qeyri-müəyyən olduğunu da deyib: “Ötən mövsümdə yaxşı oynadığı üçün müqavilə müddətini daha bir il uzatmışdıq, ancaq bu il hələ ki, heç nə bəlli deyil”.

Tarix: 21 Mart 00:16    Oxunub: 168    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Noyabr 2017
19 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.