Paytaxt klubu 2 illik müqavilə bağlamaqla bağlı razılığa gəldi

“Arsenal” rəhbərliyi son vaxtlar istefaya göndəriləcəyi deyilən baş məşqçisi Arsen Vengerlə bağlı qərar verib. Sportinfo.az xəbər verir ki, “topçular”ın rəhbərliyi fransız mütəxəssislə mövsümün sonunda yeni, 2 illik müqavilə bağlamaqla bağlı razılığa gəlib. Bu barədə məlumatı İngiltərə mətbuatı yayıb.

 

Qərarın “Arsenal”ın İngiltərə Premyer Liqasının “Vest Bromviç”ə 1:3 hesabıyla uduzduğu oyundan sonra qəbul edildiyi qeyd edilib. Xatırladaq ki, bir müddətdi “Arsenal” azarkeşləri Vengeri istefaya səsləyirlər. “Topçular” hazırda İngiltərə Premyer Liqasında 6-cı pillədə qərarlaşıb və Çempionlar Liqasına vəsiqə verən 4-cü pillədən 6 xal geri qalır.

Tarix: 21 Mart 00:08    Oxunub: 303    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Noyabr 2017
19 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.