Oğlu qəhrəman olmadı

Sequndada keçirilən “Atletik” - “Real” qarşılaşmasında Zidanın oğlu diqqət mərkəzində olub. Sportinfo.az xəbər verir ki, “Real”ın baş məşqçisi Zinəddin Zidanın böyük oğlu Entso qarşılaşmanın antiqəhrəmanı olub. Entso oyunun 14-cü dəqiqəsində penaltini dəqiq yerinə yetirə bilməyib.

 

Bu azmış kimi, o, qarşılaşmanın sonunda ikinci sarı vərəqəni alaraq, meydandan qovulub. “Real”ın B komandası məğlub olub - 1:2. 21 yaşlı yarımmüdafiəçi “Real”ın əsas heyətində cəmisi 1 oyun keçirib. O, “Kultural Leonesa” ilə kubok oyununda (6:1) 1 qol da vurmuşdu.

Tarix: 20 Mart 16:15    Oxunub: 406    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2017
22 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.