“Neftçi”nin 2500 izləyəni

Premyer Liqanın 23-cü turu üçün azarkeş sayı bəlli olub. Sportinfo.az xəbər verir ki, turun rekordu Gəncədə qeydə alınıb. Gəncə şəhər stadionunda baş tutmuş “Kəpəz” - “Sumqayıt” oyununu (1:0) 7200 tamaşaçı tribunalardan izləyib. Ən az azarkeş isə Şüvəlanda, “AZAL Arena”da keçirilmiş AZAL - “Qəbələ” oyununda (1:1) qeydə alınıb. Cəmi 300 tamaşaçı “qırmızı-qaralar”ın xal itkisinin canlı şahidi olub.

 

“Neftçi”nin 80 illik yubiley günündə, 8-ci km stadionunda baş tutmuş “İnter”lə oyununda (2:1) 2500 tamaşaçı qeydə alınıb. Lider “Qarabağ”ın Zirə idman kompleksinin stadionunda yerli “Zirə” ilə qolsuz heç-heçəsini isə 1300 azarkeş izləyib. Ümumilikdə, turun 4 oyununu 11300 tamaşaçı izləyib ki, bu da, hər oyuna orta hesabla 2825 azarkeş deməkdi.

Tarix: 20 Mart 15:45    Oxunub: 226    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2017
22 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.