"Mən "Qarabağ"ı udandan sonra danışacam" - "Zirə"nin legioneri

Premyer Liqanın 23-cü turunda evdə "Qarabağ"la qolsuz bərabərə alan "Zirə"nin legioenri Sezar Meza Kolli oyundan sonra sualları cavablandırıb. Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi komandasının 3 xal qazanmaq imkanlarının olduğunu deyib: 

 

"Qarabağ”a qarşı oyunda iki xal itirdiniz, yoxsa bir xal qazandınız?
- Komandamız çox yaxşı oynadı. Bir neçə qol epizodumuz da oldu. "Qarabağ”a qalib də gələ bilərdik.

 

Bəs buna nə mane oldu?
- Hücumlarımızın səngiməsinə Akim Latifunun qırmızı vərəqə alması səbəb oldu. Məhz ondan sonra hücumlarımız bir az dayandı.

 

Düşünmürsən ki, vaxt keçdikcə "Qarabağ” daha da aqressivləşdi. Elə qırmızı vərəqə epizodunda da hakimə təzyiq göstərdilər...
- Bu barədə heç nə deyə bilmərəm. Deyə bilərəm ki, yaxşı oynadıq və baş məşqçinin dəyişikliyi öz yerində idi.

 

Qışdan sonra inamlı təsir bağışlayan "Zirə” "Qarabağ”a qarşı daha istəkli idi. Bu rəqibin "Qarabağ” olmasından irəli gəlirdi, yoxsa qardaşlıq münasibətinə son qoymaq üçün qalib gəlmək istəyirdiniz?
- Qardaşlıq? Mən belə fikirləşmirəm, ola bilsin ki, mətbuat bu cür düşünür. Çıxışımıza gəldikdə, "Zirə" nəinki qışdan sonra, elə əvvəldən də yaxşı çıxış edirdi. Adil Şükürovun başçılığı altında da yaxşı çıxış edirdik, indi də.
 
"Qarabağ”a nə vaxt qalib gələcəksiniz?

- Qələbə qazananda sizə müsahibə verəcəm.
      
Avrokubok şanslarınız davam etsə də, "Neftçi”, "Kəpəz” və "Sumqayıt” da dördüncü pillə üçün mübarizə aparır. İşinizin öhdəsindən gələ biləcəksiniz?
- Ən yaxın izləyicimizdən 4 xal fərqimiz var. Əlimizdən gələni edəcəyik və sona qədər vuruşacağıq ki, avrokuboklara yollanaq.

Tarix: 20 Mart 15:30    Oxunub: 233    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2017
22 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.