Azərbaycan - Almaniya: Açıq məşq və mətbuat konfransı

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində martın 26-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Almaniya oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.

 

Sportinfo.az xəbər verir ki, oyundan bir gün öncə - martın 25-də öncə Almaniya millisinin baş məşqçisi Yoahim Lövün mətbuat konfransı baş tutacaq. Ardından isə bu komandanın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqi gerçəkləşəcək.

 

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin mətbuat konfransı isə saat 19:30-da start götürəcək. 20:00-da da yığmamızın ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi başlayacaq. Hər iki məşq və mətbuat konfransı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

 

25 mart
Almaniya milli komandası
Saat 17:00. Mətbuat konfransı
Saat 17:45. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
 
25 mart 
Azərbaycan milli komandası
Saat 19:30. Mətbuat konfransı
Saat 20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Tarix: 20 Mart 15:15    Oxunub: 207    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.