"Qəbələ"dən qarantiya - FOTO

Premyer Liqanın 2016/17 mövsümünün daha bir mükafatçısı müəyyənləşib. Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın ardından “Qəbələ” də ilk “üçlük”də yerini təmin edib. AZAL-la səfər oyununda (1:1) xal itirən Roman Qriqorçukun komandası 4-cü pillədə qərarlaşan “Zirə” üçün əlçatmaz olub.

 

Sonuncular “Qarabağ”la qolsuz heç-heçə etdikdən sonra 2-ci yerlə xal fərqi 17-də qalıb. Hazırda “Qarabağ”dan 2 xal geridə qərarlaşan “Qəbələ”nin 47, 3-cü olan “İnter”in 39 xalı varsa, “Zirə” 30 xala malikdi. 

 

İlk “üçlük”dəki yer avrokuboklara vəsiqə verdiyi üçün “Qəbələ” qitə kuboklarında iştirakını da təmin edib. Komanda ən pis halda Avropa Liqası, liderlik savaşında qalib gəlsə, Çempionlar Liqasında mübarizə aparacaq. "Qəbələ" bundan əvvəki 3 mövsümü 3-cü pillədə başa vurub.

Tarix: 20 Mart 13:45    Oxunub: 195    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Noyabr 2017
20 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.