"Almanlar qapımıza "dolduracaq", elə edəcək, belə edəcək"

"Maraqlı oyun oldu. Gərgin qarşılaşma keçdi. Qol imkanlarından yararlana bilmədik" - Sportinfo.az xəbər verir ki, bunu açıqlamasında "Qarabağ"ın yarımmüdafiəçisi Əfran İsmayılov deyib. Premyer Liqanın XXIII turu çərçivəsində keçirilən "Zirə" - "Qarabağ"  matçı qolsuz başa çatıb. Qarşılaşmadan sonra açıqlama verən İsmayılov jurnalistlərin suallarını cavablandırıb.  
 
"Zirə"nin meydana istəkli çıxmışdı. Sizə elə gəlmir ki, bu, söz-söhbətlərə son qoymaq üçün idi?  
- "Ümumiyyətlə, yaxınlıq söhbəti heç vaxt olmayıb. Bunlar hamısı boş söz-söhbətlərdi. Bu, birdaha başa çatan qarşılaşmada öz təsdiqini tapdı. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Biz qarşıdakı oyunlarımızda qələbə qazansaq, hər şey qaydasına düşəcək.  
 
Qarşıda Almaniya ilə oyun var. Dünya çempionları ilə oyunda nəyə ümid edək?  
- Əsas odur ki, bir yerdə olaq. Hamını stadiona dəvət edirəm. Nəyimiz varsa, ortaya qoyacağıq. Nə olacaqsa, olacaq. Arada həqiqətən də böyük fərq var. Əlimizdən gələni etməyə çalışacağıq. Deyirlər ki, almanlar qapımıza "dolduracaq", elə edəcək, belə edəcək... İstədiyimiz oyunu meydanda gerçəkləşdirə bilsək, bizim üçün yaxşı olacaq.

Tarix: 20 Mart 13:30    Oxunub: 238    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 İyun 2017
26 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.