Məsut Özil: "Azərbaycana qarşı Bakıda forma geyinəcəm"

Almaniya millisi və "Arsenal"ın ulduzu Mesut Özilin durumuna aydınlıq gəlib. Sportinfo.az-ın məlumatına görə, "topçular"ın düşərgəsində ikən məşq vaxtı aldığı zədə 29 yaşlı yarımmüdafiəçinin yığmanın düşərgəsinə yollanmasına problem yaratmayacaq. 

 

O, baldır sümüyündəki ağrı üzündən "Vest Bromviç"lə Premyer Liqa matçını buraxsa da, bu gündən Bundestimin baş məşqçisi Yoahim Lövün sərəncamında olacaq. Özil martın 22-də Dortmundda İngiltərə ilə yoldaşlıq görüşündə, martın 26-da isə Bakıda Azərbaycan ilə 2018-ci il dünya çempionatının seçmə qrup oyununda iştirak edə biləcək. 

 

Təcrübəli futbolçu Almaniya mətbuatına müsahibəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matça qələbə üçün çıxacaqlarını bildirib: "Komandamızın böyük potensialı var. Bu oyuna ciddi köklənəcəyik".

Tarix: 20 Mart 12:45    Oxunub: 246    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Sentyabr 2017
22 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.