"Zirə" İslamiadada - FOTOLAR

İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi və ASAN Könüllüləri Təşkilatının birgə tərəfdaşlığı Zirə Futbol Klubunun və Ekvita şirkətinin dəstəyi ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında yerləşən Könüllülər Mərkəzində Bakı 2017 könüllüləri üçün “Şəxsi inkişaf görüşlər”i keçirilib.
 
Sportinfo.az xəbər verir ki, "Zirə"nin baş məşqçisi Ayxan Abbasov, EKVİTA şirkətinin icraçı partnyoru İlqar Mehti və ASAN Könüllüləri Təşkilatının sədri Bəxtiyar İslamov çıxış edərək, könüllülük fəaliyyətinin və beynəlxalq səviyyəli idman yarışlarının önəmindən danışaraq, Bakı 2017 könüllülərinə faəliyyətlərində uğurlar arzuladılar.
 
Tədbirin keçirilməsində məqsəd könülülərə bu fəaliyyətin önəmini anlatmaq və Bakı 2017 könüllülərinə Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində ASAN könüllülərinin və tərəfdaş şirkətlərinin dəstəyini nümayiş etdirməkdi.
 
“Şəxsi inkişaf görüşlər”i çərçivəsində tədbirdə iştirak edən ilk 400 könüllüyə www.asanmektub.az layihəsinə dəstək məqsədi ilə yazılmış “Könüllülük: uğur formulu” kitabı Zirə FK və Ekvita şirkəti tərəfindən Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində və Novruz bayramı münasibəti ilə hədiyyə olunub.

 

Tarix: 20 Mart 12:30    Oxunub: 195    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 İyun 2017
26 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.