"Öz işimi yerinə yetirmədim"

"Qəbələ”nin hücumçusu Daniel Subotiç AZAL-la Premyer Liqanın XXIII tur matçından (1:1) sonra sualları cavablandırıb. Sportinfo.az həmin müsahibəni təqdim edir: 

 

Qarşılaşma barədə nə deyə bilərsən?

- Bəxt bizim tərəfdə deyildi. İlk yarıda qol şanslarımız var idi və həmin vaxt qollarımızı vurmalı idik. Ancaq biz imkanlardan yararlana bilmədik. Son dəqiqədə buraxdığımız qola görə qalib gələ bilmədik. Nə etmək olar, növbəti oyunlara baxmalıyıq.

 

Öz oyunundan razı qaldın?

- Xeyr. İlk yarıda qol vurmalı idim. Hücumçu kimi öz işimi yerinə yetirmədim.

 

Roman Qriqorçuk matçdan sonra sənə nə dedi?

- Heç nə demədi. Sadəcə, özümüzə gələrək, irəliyə baxmaq lazımdı.

 

Növbəti xal itkisindən sonra çempionluq şansınız azalır...

- Son turlarda hər şey istədiyimiz kimi alınmır. Bu da normal haldır. Futbolda belə hallar baş verir. Yaxşı oyun göstəririk, ancaq hər şey alınmır.

 

Səncə, niyə belə olur? Halbuki "Qarabağ”a qalib gəldikdən sonra daha da inamlı çıxış edəcəyiniz gözlənilirdi...

- Səbəbləri deyə bilmərəm. Həm fiziki, həm də psixoloji cəhətdən hər şey qaydasındadır. Komandadakı atmosfer də əladır. "Neftçi” və AZAL-a qalib gəlməli idik.

 

Mövsüm sonunda çempion ola bilməsəniz, necə olacaq?

- Bu haqda düşünmək istəmirəm. Qarşımızda məqsəd var və sona kimi də bunun üçün oynayacağıq. Hələ 5 tur var. Çempion olacağımıza əminik.

Tarix: 20 Mart 11:45    Oxunub: 151    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Aprel 2017
23 Aprel 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.