"Qarabağ"ın ispanı açıqladı: "Bundan sonra heç nə edə bilmərik"

Premyer Liqanın 23-cü turunda baş tutan “Zirə” - “Qarabağ” oyununda hesab açılmadı. Sportinfo.az xəbər verir ki, oyundan sonra Ağdam klubunun yarımmüdafiəçisi Miçel Madera sualları cavablandırdı:

 

“Zirə”ni məğlub edə bilmədiniz. Bu qədər çətin olacağını gözləyirdinizmi?
- Təbii ki, çətin olacağını gözləyirdik. Çempionatın qızğın vaxtında bütün komandalar yüksək səviyyədə çıxış edirlər. Məsələn, autsayder AZAL “Qəbələ”dən xal aldı və bu, gözlənilməz oldu. Ümumiyyətlə, hazırda bütün komandalar güclü futbol oynayırlar.

 

“Qarabağ” istənilən kimi oynamırdı. Bunun səbəbi nə idi?
- İlk hissədə bizə çox çətin oldu. Çünki rəqib çox pressinq tətbiq edirdi. Amma ikinci hissədə təşəbbüsü ələ aldıq, lakin qol vura bilmədik. Xüsusən də rəqibin 5 müdafiəçi ilə oynaması bizə çox problem yaradırdı. 

 

Rəqibin futbolçusu Akim Latifunun qırmızı vərəqə aldığı epizodla bağlı nə deyə bilərsən? O, həqiqətən də Ansi Aqollini vurmuşdu?
- Həmin epizod baş verəndə başqa mövqedə idim, görmədim. Ansini tanıyıram, artistlik etməz. 

 

Meydanda irəliyə baxanda Dani Kintana ilə Reynaldonu axtarmırsan?
- İndi bunu fikirləşməyin mənası yoxdur. Təbii ki, onlar bizim üçün önəmli futbolçular idilər. Amma indi hansı oyunçularımız varsa, onlarla irəliləməliyik. Yenə deyirəm, onlar bizim üçün vacib oyunçular idi. 

 

Çempionluq uğrunda Danisiz mübarizə aparmaq çətin deyil ki?
- Dani fərqli oyunçu idi, əsas fiqurumuz idi. Amma bundan sonra heç nə edə bilmərik. Ümid edək ki, zədəsini tez sağaltsın. 

 

Kintana ilə əlaqə saxlayırsan?
- Əməliyyatdan sonra bərpa prosesini keçir. Zənn edirəm ki, qayıdandan sonra daha güclü olacaq. Bu il olmasa da, gələn il komandamıza xeyir verə biləcək.

 

“Qarabağ”dan əksər komanda yoldaşların Azərbaycan yığmasında çıxış edir. Millimizin Almaniya ilə oyundan hansı nəticə ilə ayrılacağını gözləyirsən?
- Onlara uğurlar arzu edirəm. Düzdü, çox çətin olacaq, amma futbolda hər şey başa verə bilər. Azərbaycan yığmasına dəstək olacam.

Tarix: 20 Mart 11:30    Oxunub: 258    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 Mart 2017
26 Mart 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.