"İnanın, üzərimizdə o qədər təzyiq var ki.. " - Elvin Məmmədov

Premyer Liqanın 23-cü turu çərçivəsində keçirilmiş “Zirə” - “Qarabağ” (0:0) oyunundan sonra ev sahiblərinin yarımmüdafiəçisi Elvin Məmmədov sualları cavablandırıb. Sportinfo.az sizi həmin müsahibə ilə tanış edir:

 

- Yaxşı oyun keçdi. Hər iki komanda mübarizə apardı. Bizə xal lazım idi. Oyun ətrafında müəyyən söz-söhbətlər yaranmışdı. Layiqli mübarizə apararaq, haqqımızda o cür danışanların cavabını verdik.

 

Söz-söhbət fonunda oyun zamanı dava da düşdü. Heç vaxt "Qarabağ"la oyunda səni bu cür aqressiv görməmişdik...
- İnanın, futbolçular üzərində o qədər təzyiq var ki... Olmayan şey haqda nə qədər danışmaq olar? Biz halal yolla pulumuzu qazanırıq. Amma belə şeylər istər-istəməz bizə də təsir edir. Olmayan şeylər danışılanda futbolçular da aqressivləşir, birə beş olurlar ki, yenə nə isə ortaya atılmasın. Bu gün də sübut etdik ki, belə şeylər yoxdur. Nəticədə xalımızı qazandıq.

 

"Neftçi"nin xal fərqini azaltması da üzərinizdə təzyiq yaratmışdı?
- Əlbəttə. "Neftçi" ilə xal fərqimiz 4, "Sumqayıt"la 5 oldu. Hələ "Kəpəz" də irəliləməkdədir. "Qarabağ"la heç-heçə yaxşı nəticə oldu. İndi qarşıdakı oyunları fikirləşərək, yaxşı hazırlaşmalıyıq. 

 

Əvvəllər də Azərbaycan millisinin heyətində Almaniyaya qarşı oynamısan, bu dəfə də dəvət almısan. Nə gözləyirsən?
- Millidə oynamaq şərəfdir. Böyük komandaya, dünya çempionlarına qarşı oynayacağıq. Əlimizdən gəldiyi qədər mübarizə aparacaraq, azarkeşlərimizi sevindirmək istəyirik. 

 

Sevindirə biləcəksiz?
- Futbolda hər şey mümkündü. Kağız üzərində "Qarabağ" da bizdən güclü görünürdü. Amma bu gün sübut etdik ki, hər bir komandaya qarşı futbol oynamaq mümkündü.

Tarix: 20 Mart 10:30    Oxunub: 160    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.