"Qəbələ" ilə bizim aramızda final oyunu olmayacaq" - MAKSİM

Sportinfo.az xəbər verir ki, “Zirə” – “Qarabağ” (0:0) oyunundan sonra qonaqların müdafiəçisi Maksim Medvedev sualları cavablandırıb. 

 

- Hiss olunurdu ki, rəqib matça ciddi hazırlaşmışdı. Onları da başa düşürük, söz-söhbət olmağını istəmirlər.

 

Hansı söhbətlərdən danışırsan?
- Mətbuatda yazırlar ki, “Qarabağ”la “Zirə” arasında qardaşlıq var. Əbəttə, rəqib oyunçular istəməzdi ki, belə olsun. Meydan sahibləri meydanın hər qarışı uğrunda  mübarizə aparıb, bizə futbol oynamağa imkan vermədilər.

 

Qələbə qazanmaq üçün sizdə konkret nə çatmadı?
- Qol çatmadı. Beş qol imkanımız oldu. Ya dəqiqlik çatmadı, ya da qapıçı imkan vermədi. 1 qol vursaydıq, “Zirə” başqa futbol oynayacaqdı və biz daha da çox fərqlənəcəkdik. Qol olmadığına görə qapalı futbol getdi.

 

Rəqib azlıqda qaldıqdan sonra qələbə qazanacağınıza inam artmışdı?
- Biz də belə fikirləşirdik, amma rəqib irəli atılmırdı. Arxada çox yaxşı müdafiə olunub, boşluqlar vermirdilər.

 

Oyundan əvvəl “Qəbələ”nin xal itirməyindən xəbərdar idiniz?
- Oyun başlayanda xəbərimiz oldu. Matçın ilk hissəsinə baxdıq. Sonra nəticəni bilmədik, ancaq oyunumuz başlayanda xəbərimiz oldu. Komanda yoldaşlarımın əksəriyyəti həmin görüşün hesabını indi öyrənib.

 

“Qəbələ” ilə aprel ayında keçiriləcək matçı final görüşü adlandırmaq olar?
- Məncə, final olmayacaq. Çünki ondan sonra da turlar var. Aradakı xal fərqi azdı. Ona görə də hər tur vəziyyət dəyişə bilər. 

Tarix: 20 Mart 08:30    Oxunub: 137    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2017
22 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.