Millimizin üzvü Bundesliqada növbəti penalti qolunu vurdu - VİDEO

Almaniya ikinci Bundesliqasında 25-ci turun oyunları keçirilib. Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Ersgebirge" də növbəti matçına çıxıb. Sözügedən komanda səfərdə "Boxum"la qarşılaşıb. Futbolçumuzun klubu bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

 

Nazarov start heyətdə meydana çıxıb və sonadək oynayıb. Komandasının yeganə qolunu da 11-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Dmitri vurub. "Ersgebirge" 25 turdan sonra 23 xalla 18 klub arasında 17-ci pillədə qərarlaşıb.

 


0-1 Dimitrij Nazarov Goal Germany 2... by MixxiTV1

Tarix: 20 Mart 00:24    Oxunub: 156    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Aprel 2017
23 Aprel 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.