"Qarabağ"ı saxlayan Abbasov: "İstədiyimizi ala bilmirik"

Premyer Liqanın 23-cü turunda evdə “Qarabağ”la heç-heçə edən (0:0) “Zirə”nin baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Sportinfo.az xəbər verir ki, Abbasov öncə oyunla bağlı fikirlərini bildirib:

 

- “Qarabağ” çempionatın lideridi. Bu komandaya qarşı oynamaq çətindi. Ancaq oyuna yaxşı hazırlaşmışdıq. Rəqibi yaxşı analiz etmişdik. Qırmızı vərəqədən sonra oynamaq çətindi. Bu gün Zirədə tamamilə başqa atmosfer var idi. Biz də istəyirik ev oyunlarımızda stadion tamamilə dolsun. Qarşıda çətin oyunlarımız var. Bundan sonra həmin qarşılaşmalara hazırlaşacağıq.

 

Bu gün komanda daha əzmkar görünürdü. Bu nə ilə bağlıdı?
- Əvvəl də demişəm ki, çempionat sona yaxınlaşdıqca oyunlar daha gərgin keçəcək. “Neftçi”yə qalib gəlsək də, “Kəpəz”ə məğlub olmuşduq. Hər xal qızıla bərabərdi. Bizdə qış fasiləsindən sonra hər oyunda istək var. Düzdü, hər oyunda komandadan istədiyimizi ala bilmirik.

 

Sistemdə dəyişiklik etmişdiz. Bu, təkcə “Qarabağ”la oyun üçün idi, yoxsa gələcəkdə də bu cür dəyişikliklər olacaq?
- Hər məşqçinin futbola fərqli baxışı var. Bəzi məşqçilər var ki, hər rəqibə qarşı eyni taktikadan istifadə edirlər Bu oyunda rəqibə sürpriz etmək istədik. Qarşıdakı oyunlarda da sistemi dəyişə bilərik. Əsas odu ki, bu seçimdə yanılmadıq.

 

Artıq neçənci dəfədi “Zirə”nin oyunçuları meydanda mübahisə edirlər...
- Oyun vaxtı belə şeylər olur. Ancaq bu, mübahisə deyil. Məncə, bu, birinci dəfə idi.

 

Növbəti turda sizi “Qəbələ”ylə oyun gözləyir...
- Bizim üçün adi oyundu. Çalışacağıq ki, xal götürək. “Qəbələ” liderlərdən biridi. Çətin olacaq. Ancaq çalışacağıq ki, xal götürək.

 

Millinin oyunlarıyla bağlı 10 günlük fasilə olacaq. Bu, komandaya necə təsir edəcək?
- Bu, bütün dünyada var. Əksinə, “Qəbələ”ylə vacib oyun öncəsi bu cür fasilənin olması yaxşıdı.

Tarix: 19 Mart 20:58    Oxunub: 213    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

29 İyun 2017
28 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.