Qurbanov: "Qarabağ"la "Zirə"dən də yaxın komandalar olub"

Premyer Liqanın 23-cü turunda səfərdə “Zirə”ylə qolsuz bərabərə qalan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Sportinfo.az xəbər verir ki, Qurbanov öncə oyunla bağlı fikirlərini bildirib:

 

- Çox maraqlı oyun oldu. Oyunun daha da baxımlı olması üçün qol çatışmadı. Dürətli oyun getdi. Hər iki komandada istək var idi. “Zirə”yə gələcək oyunlarda uğurlar arzulayıram. Son vaxtlar bu komanda fərqli sistemdə oynayır. Öz oyunçularımdan razı qaldım. Komanda yeni-yeni öz ritmini tutmağa başlamışdı. Ancaq təəssüf ki, fasilə yaranacaq. Lakin bunu da başa düşürəm. Milliyə qarşıdakı oyunda uğurlar arzulayıram. Qarşıda bizi gərgin oyunlar gözləyir.

 

Fasilə müddətində oyun keçirməyi planlaşdırırsız?
- Heyətiimizin yarıdna çoxu əlimizdə olmayacaq. Ancaq ola bilsin, əvəzedici heyətdən bir neçə oyunçu cəlb edib yoxlama oyununda qüvvəmizi sınayaq.

 

Sizcə, “Qarabağ”dan milliyə çağırılan oyunçular Almaniya ilə oyuna nə dərəcədə hazırdı. Əfran İsmayılovun durumu sizi razı salır?
- Əfran pis oynamadı. Son 10 dəqiqəni çıxmaq şərtilə onun oyunundan razı qaldım. Digər milliyə çağırılan oyunçuların da vəziyyətindən razıyam.

 

Oyunun son dəqiqələrində “Qarabağ” böyük qüvvəylə irəli atılırdı...
- “Zirə” müdafiədə çox yaxşı oynayırdı. Rəqib 10 nəfərlə qaldıqdan sonra daha yaxşı müdafiə olundu. Bu, futbolun qanunudu. Məhz buna görə, hücumda futbolçuların sayını artırdıq.

 

Bu oyuna çıxanda “Qəbələ”nin xal itirdiyini bilirdiz. 
- “Zirə” “Qarabağ” yaxınlığına görə sübut olunası heç nə yoxdu. Biz meydanda rəqibik. Bizdən də yaxın komandalar olub. Sadəcə, biz heç vaxt bu məsələlərə münasibət bildirməmişik, qabartmamışıq. Bu sözlərə fikir vermirik, başımız ucadı. “Qəbələ”nin xal itkisiylə bağlı olduğunu da düşünmürəm. Əvvəllər də bu cür hallar olub. Biz peşəkarıq. Çıxıb oyunumuzu oynayırıq. Bəlkə də, çox kiçik, məsələn 5 faiz təsiri olub. Ancaq ümumi götürsək, biz rəqibə görə oyunumuzu qurmuruq.

Tarix: 19 Mart 20:42    Oxunub: 367    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Sentyabr 2017
22 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.