Məsut Özil Bakıya gəlmir?

Almaniya millisi ciddi itki ilə üzləşib. Sportinfo.az xəbər verir ki, Bundestimin baş məşqçisi Yoahim Löv İngiltərə ilə yoldaşlıq görüşündə və DÇ-2018-in seçmə mərhələsində Azərbaycanla oyunda "Arsenal"ın futbolçusu Məsut Özilin ximdmətindən istifadə etməyə bilər. 

 

Buna təcrübəli futbolçunun zədələnməsi səbəb olub. "Topçular"ın baş məşqçisi Arsen Venger bildirib ki, futbolçu komandanın son məşqlərinin birində zədə alıb. Ancaq yarımmüdafiəçinin yığmadan kənarda qalıb-qalmayacağı yaxın günlərdə, tibbi müayinədən sonra bəlli olacaq. Azərbaycan – Almaniya qarşılaşması martın 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Tarix: 19 Mart 19:49    Oxunub: 168    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Sentyabr 2017
23 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.