"Başa düşə bilmirəm, bu, necə ola bilər" - Roman Qriqorçuk

Sportinfo.az xəbər verir ki, "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Premyer Liqanın XXIII turu çərçivəsində AZAL ilə 1:1 hesablı heç-heçədən sonra mətbuat konfransına qatılıb.

 

- Ümumlikdə komandanın oyunundan razı qaldım. Çatışmyan tək şey qol vəziyyətlərini reallaşdıra bilməməyimizdir. Ona görə nəticə bizi qane etmir.

 

"Qarabağ"ın "Zirə" ilə görüşdə xal itirəcəyinə inanırsız?
- İndiki vəziyyətdə bu barədə düşünmürəm. Bizə vacib olan "Qarabağ"la öz oyunumuz haqda fikirləşməkdir.

 

"Qəbələ" son turlarda xal itirdi. Bəlkə komandanız çempionluğa hazır deyil?
- İrəlidə 5 oyun var, bu, 15 xal deməkdir. Çempionatın sonunda bu sualı cavablandıra bilərəm.

 

Bəzən Ukrayna mətbuatında sizin adınız hanısısa klubla yanaşı hallanır. Bu isə söhbətlərə yol açır ki, "Qəbələ" çətinə düşən kimi məqsədli şəkildə belə xəbərlər çıxır...
- Bu mövzuda danışmaq istəmirəm. Başa düşə bilmirəm, bu necə ola bilər. Heç bir fikrim yoxdur. Şərh verməyəcəm.

Tarix: 19 Mart 17:56    Oxunub: 257    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Avqust 2017
17 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.