Tərlan Əhmədov: “Hər oyundan qabaq 1 ilim geri düşür"

Sportinfo.az xəbər verir ki, AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın XXIII turu çərçivəsində "Qəbələ" ilə 1:1 hesablı heç-heçədən sonra fikirlərini bölüşüb.

 

- Əvvəlcə bayramınızı təbrik edirəm. Oyuna gəlincə, futbolçularımıza təşəkkür düşür. Sona qədər mübarizə apardılar. Onlara diqqətli olmaq tapşırığı verilmişdi. Uduza da bilərdik, amma yaxaladığımız şansdan yararlandıq. Uduza da bilərdik. Son dəqiqədə vurduğumuz qol bizə 1 xal qazandırdı. Dəyişiklər etdik, bu da öz nəticəsini verdi.

 

"Kəpəz"lə aradakı xal fərqi çoxdur. Futbolçuları necə motivasiya edirsiz?
- Nəzəri baxımdan mümkündü. Hər oyunqabağı futbolçuları motivasiya edəndə bir ilim geri düşür. Praktiki cəhətdən 7-ci yerə qalxmağımız mümkün deyil. Ümid sonda ölür. Faktiki olaraq çətindi. Futbolçular tək bu mövsümü yox, gələcəyi düşünməlidirlər.

 

AZAL-ın heyətində Vaqif Cavadov, Ruslan Əmircanov kimi futbolçular "Qəbələ"də çıxış ediblər. Bu baxımdan onlarla söhbət aparıb, oyuna kökləmişdiz?

- Xeyr, heç bir söhbət olmamışdı. Bəlkə özləri nəsə düşünüblər. Bu cür söhbət əlavə aqressiyaya səbəb ola bilər. Yerdə qalan oyunları udsaq belə, qeyri-real görünür. Futbolçuların özünəinamı var. Sonuncu yerdə olsaq da, ümid var. Oyunçular komandanın adına, gələcəkləri naminə mübarizə aparırlar. Ötən il 46 xal yığsaq da, bu il sonuncu yerdəyik. Halbuki oyun baxımından rəqiblərdən çox da geri qalmırıq".

Tarix: 19 Mart 17:48    Oxunub: 211    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Noyabr 2017
19 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.