"Kapitan hakimə yaxınlaşıb deyir ki, 2-3 dəqiqə sonra qapımıza penalti verərsən" - Ramin Musayev

"Əgər klubların bununla bağlı hər hansı bir narazılığı, şikayəti varsa, buyurub yaxınlaşsınlar federasiyaya. UEFA-dan gələn məktublardan sonra AFFA-da danışılmış oyunların araşdırması ilə əlaqədar xüsusi komissiya yaradılıb. Qərarı da ekspertlərin araşdırmasından sonra İntizam Komitsi verib. Bu klubları çempionatdan birdən-birə qovmamışıq. Əvvəldən xəbərdar edib, şübhəli oyunlarla bağlı onları məlumatlandırmışıq" - bu sözləri Sportinfo.az-a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.


Bilindiyi kimi, AFFA İntizam Komitəsinin son iclasının əsas mövzusunu UEFA-dan daxil olmuş danışılmış oyunlarla bağlı hesabatlar təşkil edib. İcraiyyə Komitəsinin bununla bağlı tövsiyələrinə əsaslanan komitə danışılmış oyunlarda iştirak edən futbol subyektləri ilə bağlı qərarlar qəbul edib. 9 futbolçunun “alver"də iştirakı qismən sübut edildiyinə görə onlara 2016/17-ci il mövsümünün sonuna qədər futbola aid hər bir məşğuliyyət qadağan edilib:


Adları “danışılmış oyunlarda” ən çox hallanan “Rəvan” və “Şərurspor” I Diviziondan kənarlaşdırılıb. Hər iki klub oyunların  50 %-dən çoxunda iştirak etdiklərinə görə növbəti oyunlarında  0:3 hesablı texniki məğlubiyyət veriləcək. I Diviziondan kənarlaşdırılmış “Rəvan”la “Şərurspor”un oyunçularına azad agent statusu verilməsi qərara alınıb. Adları “danışılmış oyunlarda” hallanan “Şahdağ”,  “Energetik”,  “Bakılı” və “Göyəzən”ə xəbərdarlıq edilib.

 

Bu klubların “danışılmış oyunlarda” iştirakı ilə bağlı hər hansı yeni fakt qeydə alınarsa, onlar da I diviziondan kənarlaşdırılacaq. R.Musayev ağır cəzaya məruz qalan klublara öz məsləhətini verib: "Gəlsinlər federasiyaya, müraciət etsinlər, suallarını versinlər. Konkret əsaslar, faktlar onları qane etməsə, Apellyasiya Komitəsi var, versinlər məhkəməyə. 


Bu klublar haqqında UEFA-dan bizə 1-2 yox, bir neçə məktub daxil olub. Sizi inandırım, elə oyunlarda bəzi futbolçuların hərəkətlərinə baxsaz... Komandanın kapitanı konkret olaraq hakimə yaxınlaşıb deyir ki, diqqətli ol, 2-3 dəqiqədən sonra cərimə meydançamızda qayda pozuntusu olacaq, qapımıza penalti verərsən. 


Burda klub rəhbərinin, yaxud hansısa sponsorun oyun alverindən söhbət getmir. Biz kimisə konkret ittiham etmirik. Sadəcə olaraq, bu klublar edilən xəbərdarlıqlara baxmayaraq, bir ölçü götürmədilər, araşdırmadılar. Neçə aydı araşdırmalar gedir, gəlib maraqlanardılar, görərdilər ki, məsələ nə yerdədi. Xəbərdarlıq edilən klublardan heç kim federasiyaya gəlib bu işlərlə maraqlanmadı, nəsə soruşmadı".

 

Tarix: 19 Mart 17:22    Oxunub: 915    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Oktyabr 2017
20 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.