Millimizin futbolçuları bu VİDEOnu görsə, Almaniyanı udar?

İştah güc gələndə, sən o sən deyilsən" - bu, təkcə bir məhsulun reklam sloqanı deyil. Bu, həm də, güclü uğur qazanmaq üçün yetərli olmayan, amma zəfərə ac olanların devizidi. Millimizi qarşıdan Almaniya ilə asan oyun gözləyir. Bəli, asan...

 

Robert Prosineçkinin də dediyi kimi, futbolçularımızın son dünya çempionları ilə oyundan öncə üzərində təzyiq yoxdu. Millimiz lap böyükhesablı məğlubiyyətlə ayrılsa belə, bunu normal qarşılayacağıq. Çünki adamın Yöahim Lövün Bakıya gətirəcəyi futbolçuların siyahısına baxanda baş gicəllənir (futbol11.az).

 

Amma futbolda bəzən sürpriz nəticələr, möcüzələr də olur. Əslində, buna "sürpriz" deməyi də doğru hesab etmirəm. Mənə görə, bu, istəyin gücə qalib gəlməsidi. Sözsüz ki, bunun üçün baş məşqçi futbolçuları ən yaxşı bildiyi şəkildə motivasiya etməlidir, inandırmalıdı.

 

Necə ki, bunu U-17 millimizin sabiq, hazırda isə U-15 və U-16 yığmalarımıza başçılıq edən Vüqar Məmməd edib. Sizə təqdim edəcəyimiz futbolçuları motivasiya üçün hazırlanmış video ötən ilin məhsuludu. 17 yaşadək futbolçulardan ibarət seçməmiz Rumıniyada keçirilən Avropa çempionatının ilkin seçmə mərhələsində qrupda İngiltərə, Avstriya, Rumıniya yığmalarına rəqib olub.

 

Komandamız Bakıdan səfərə yollananda çoxları ilk oyundaca millimizlə matçdan öncə Almaniyanı 8:1 hesabı ilə darmadağın edən ingilislərin qapımızı top atəşinə tutacağını deyib. Ancaq futbolçulara edilən motivasiya nə qədər qəribə olsa da, darmadağının qarşısını alıb - 0:2. Bunun üçün baş məşqçi futbolçuların ailə üzvlərinin, yaxınlarının iştirakı ilə onlara inandıqlarına dair videoçarx hazırlayıb, matçdan əvvəl də oyunçularına izlətdirib. 

 

Tarix: 19 Mart 16:43    Oxunub: 360    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Avqust 2017
19 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.