ÖZƏL! Rövnəq Abdullayevdən SENSASİYAlı açıqlama: Premyer Liqanın daha 2 klubu dağıla bilər!

Azərbaycan Beynəlxalq Bankının (ABB) maliyyələşdirməkdən imtina etdiyi "İnter" və "Zirə" tezliklə fəaliyyətini dayandıra bilər. Sportinfo.az-ın əldə etdiyi məlumata görə, bu sensasiyalı açıqlamanı AFFA prezilenti Rövnəq Abdullayev verib.

 

Federasiya başçısı İcraiyyə Komitəsinin iclasında adları çəkilən klubların gələcək taleyinin böyük sual altında olduğunu bildirib. O, "Zirə"nin sponsorunun komanda ətrafında yayılan söz-söhbətlərdən artıq bezdiyini və bu üzdən futbola vəsait ayırmaq istəmədiyini söyləyib.

 

Abdullayev bankın "İnter Arena"nı "İnter"i himayəsinə götürmək qərarına gələn şirkətlərdən birinə vermək niyyətində olmamasına diqqət çəkib və bu problemin klubun sonunu gətirmək təhlükəsindən söz edib.

Tarix: 19 Mart 16:30    Oxunub: 1182    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2017
22 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.