Neymar vs Azərbaycan

"Barselona"nın ulduzu Neymarın şərəfinə adlandırılan "Neymar Jrs Five" gənclər arasında futbol turnirinə seçimlər növbəti dəfə ölkəmizdə keçiriləcək. Sportinfo.az-ın məlumatına görə, bu il gənclərə yenidən özlərini sınamaq imkanı veriləcək.

 

Qalib Neymarın vətəni Braziliyada təşkil olunacaq dünya çempionatında Azərbaycanı təmsil etmək imkanı qazanacaq. 2016-cı ildə 47 ölkədən 65000 oyunçudan ibarət 10000-dən artıq komanda dünya çempionu adı uğrunda mübarizə aparıb. Azərbaycandan "DeFacto" komandasımilli turnirin qalibi olub və ölkəmizi dünya çümpionatının finalında təmsil etmək üçün Braziliyaya yollanıb.

 

Komanda qalib olmasa da, gənc furbolçular dünyanın ən yaxşı furbolçuları ilə oynamaq və şəxsən Neymarla görüş şansı qazanıblar. Turnir adətən altı 18-25 yaşlı oyunçudan ibarət komandalar arasında keçirilir. Amma bu il ilk dəfə hər komandaya 25 yaşdan yuxarı iki oyunçu daxil ola biləcək. 

 

Minlərlə komanda təsnifat mərhələsində qalib gəlmək üçün mübarizə aparacaq. Onların məqsədi ölkələrində çempionu olub Braziliyada keçiriləcək final yarışlarına bilet qazanmaqdır. Azərbaycanda təsnifat mərhələsi Quba, Şəki, Gəncə və Bakı şəhərlərində keçiriləcək. Milli final isə mayın 6-sı Bakıda baş tutacaq. Final yarışları Neymarın vətəni Praya-Qrandidə, "Instituto Projeto Neymar Jr" stadionunda keçiriləcək. Neymar bu şəhərdə böyüyüb, turnirin keçirilməsi üçün əsas götürülən furbol növü olan futzal oynamağı burda öyrənib.

 

"Mən həmişə dostlarımla bu tip futbol oynamışam. Turnir mənə uşaqlığımı xatırladır, bununla çox fəxr edirəm. Beş oyunçudan ibarət komandaların yarışdığı oyunlarda qalib gəlmək və rəqiblərin hamısını oyundan çıxarmaq üçün strategiya olmalı, düzgün vaxtda hücum etməyi və müdafiə olunmağı bacarmaq lazımdır. Düzgün müdafiə qurmaq çox vacibdir, bu bacarıq turnurdə səni çox irəli apara bilər".

Tarix: 19 Mart 15:38    Oxunub: 252    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Oktyabr 2017
16 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.