Rusiyada qol pası verən azərbaycanlı gənc: "Ağlasığmazdı!"

“Anji”nin azərbaycanlı futbolçusu Ayaz Quliyev Rusiya çempionatının 20-ci turunda “Orenburq”la keçirilən oyundan (1:0) sonra fikirlərini bildirib. Sportinfo.az xəbər verir ki, Quliyev qarşılaşmanın 79-cu dəqiqəsində vurulan qolun ötürməsini verib. O, emosiyalarının inanılmaz olduğunu vurğulayıb:

 

“Cinahda ötürmə alıb, götür-qoy etdim. İrəli getməkdən çəkinmirdim. Çünki məşqçilər mənə demişdi ki, hücumu kəskinləşdirmək, rəqibin müdafiə xəttini gərginlikdə saxlamaq lazımdı. Cinahla irəlilədim, ötürmə etdim və Sanya Prudnikov məsələni yekunlaşdırdı. İndi emosiyalarım ağlasığmazdı. Qış fasiləsindən sonra ilk qələbəni evdə qazandıq. Hesab edirəm ki, bu qələbədən sonra daha da "artıracağıq". Artıq bu planda ilk addımı atmışıq”.

Tarix: 19 Mart 14:59    Oxunub: 292    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

29 İyun 2017
28 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.