Nizami Hacıyev: "Hər şey göz qabağındadı, daha nə edim?!"

Premyer Liqanın XXII turunda "Neftçi" öz meydanında "İnter"i 2:1 məğlub edib. Sportinfo.az xəbər verir ki, oyundan sonra "İnter"in kapitanı, komandanın yeganə qolunun müəllifi Nizami Hacıyev sualları cavablandırıb: 


  - Yaxşı, baxımlı oyun keçdi. “Neftçi” yaxşı qollar vurdu, bizim yaxşı şanslarımız oldu. Əfsuslar olsun ki, şanslarımızdan maksimum istifadə edə bilmədik və məğlub olduq. Mən deyərdim ki, oyunda ədalətli nəticə heç-heçə olardı. Amma bu gün idman xoşbəxtçiliyi “Neftçi”nin tərəfində idi və bu qələbə münasibəti ilə rəqibi təbrik edirəm.
 
“Neftçi”nin oyununda hansısa dəyişiklik görürsənmi? 
- Etiraf etmək lazımdı ki, bu gün “Neftçi” çox yaxşı futbol oynayır. Bunu sizə futbolçu kimi deyirəm, “Neftçi”nin gücünü meydanda hiss edirəm. Düzdü, çox da güclü deyildilər. Amma nəticələri göz qabağındadır. İnkişaf var və “Neftçi” ötən ilki komanda deyil.
 
“Neftçi” bu gün 80 illik yubileyini qeyd etsə də, tribunalar yenə boş idi...
- Bizdə həmişə belə olub. 180 illik yubiley də olsa, belə olacaq. Əfsuslar olsun ki, biz meydançalarda azarkeşsiz mübarizə aparırıq. Biz də istəyərik ki, azarkeşlər meydanda olsun, dəstək versinlər.
 
Bu məğlubiyyətdən sonra “İnter”in avrokubok şansı azalmır?
- Deməzdim. Sadəcə, bizə bir və ya iki oyun qələbə lazımdı ki, bunu da əldə edəcəyik.
 
Yenə qol vurdun. Sanki milliyə dəvət almamağın sənə daha yüksək motivasiya verib...
- Baş məşqçinin dəvət göndərməməsi göstərir ki, hələ hazır deyiləm. Və mən də Prosineçkiyə sübut etmək istəyirəm ki, hazıram. Hər şey göz qabağındadı, daha nə edim?! Mən özümü sübut etməyə hazıram və edəcəm də.

Tarix: 19 Mart 11:18    Oxunub: 198    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 May 2017
27 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.