Şeydayevli "Jilina" qalib gəldi

Slovakiya çempionatında XXIV tura start verilib. Sportinfo.az-ın məlumatına görə, açılış oyununda "Jilina" "Rujemberok"u qəbul edib. "Jilina" stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1. Qalib komandanın heyətində Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev 74-cü dəqiqədə meydana girib.

 
"Jilina"dan qolları Samuel Mraz (60), Miroslav Katser (65) və Filip Qloxovski (90+1), "Rujemberok"dan  Yan Maslo (79) vurub. Bu qələbədən sonra "Jilina" 22 oyundan 52 xalla 1-ci, "Rujemberok" 31 xalla 4-cü pillədə qərarlaşıb. 

Tarix: 19 Mart 10:39    Oxunub: 131    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Sentyabr 2017
22 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.