Elxan Abdullayev: Nizami Hacıyevi Prosineçkinin "ayağına verdi"

Sportinfo.az xəbər verir ki,"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Premyer Liqanın 23-cü turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib.

 

- “Neftçi” azarkeşlərini, veteranları təbrik edirəm. Stadionda əla ab-hava var idi. Azarkelərə minnətdarıq. Oyunçularım canını qoydu. Tam üstünlük bizdə idi, layiqli qələbə qazandıq.

 

İkinci oyundu ki, minimal hesabla qələbə qazanırsınız. Sanki fasilədən sonra rəqibə oynamağa imkan verirsiniz. Bu, sizin tapşırığınızdı?
- Oyunda hər şey ola bilər. Rəqibi heç-heçə də qane edirdi. Qol vurduqdan sonra rəqib "açıldı", amma biz ikincini vurduq. Amma qol buraxmasaydıq, hesabı artıra da bilərdik. İndi “Qarabağ”la kubok matçını gözləyirəm. 

 

İstədiyiniz “Neftçi”ni görə bilmisinizmi? Qapıçının çıxışı sizi qane edir?
- Komandanı 2 aydı yığmışam. Pillə-pillə nəsə etmək lazımdı. Mənə vaxt lazımdı, optimal formaya düşməmişik. İşimizə sonra qiymət verin. Qapıçımız texniki səhvlər edib, Boykoviçdən razıyam.

 

Pavel Dreksanın yoxluğunda Abışovun meydanın mərkəzində oynadılması Jayro Rodriqesin artıq sizə lazım olmaması anlamına gəlmirmi?
- Ruslan dayaq yarımmüdafiəçisi deyil. Ruslan daha təcrübəlidi. Bizə kimin daha çox kömək edə biləcəyi vacibdi. Bugünkü oyun bunu tələb etdi.

 

“Qarabağ”la kubok matçından nə gözləyirsiz?
- Əsas işimiz azarkeşləri sevindirməkdi. Onlar sevinirsə, biz də şadıq. “Qarabağ”la matç bizim üçün böyük imtahandı. Rəqib oturuşmuş, Avropa səviyyəsində komandadı. Özümüzü belə matçlarda yoxlamalıyıq. 

 

Fasilə yaranacaq. Bunun sizə təsiri necə olacaq? Çünki komanda yaxşı davam edirdi... 
- Mən milliyə gedəndə “Neftçi”nin məğlubiyyətini üstümə yıxırdılar ki, komandanı başsız qoymuşam. Mənim köməkçilərim var, plan üzrə işləyəcəklər. Ona qalsa, ən böyük yük “Qarabağ”ın üzərinə düşür. 

 

Prosineçkinin futbol fəlsəfəsi haqqında fikrinizi bilmək istəyərdik? Nizamini öz komandanızda görmək istəyərdiniz?
- Nizamiyə məsləhət bilərdim az danışsın. O, öz işini görməlidi. Bu sözləri Nizami yox, başqaları deməlidi. Bu, mənə aid sual deyil. Prosineçki heç vaxt Nizamini pis futbolçu adlandırmır, deyir, bu komandaya uyğun deyil. O ki qaldı öz komandamda görmək istəməyimə, bu, çətin sualdı. Nəsə ad çəkməyim düz deyil.

Tarix: 19 Mart 00:24    Oxunub: 280    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 May 2017
27 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.