Hacıyevin maşınından oğurluq edən qohumlar saxlanıldı - FOTO

Masazır qəsəbəsinin 8 sakini Abşeron Rayon Polis İdarəsinə müraciət edərək onlara məxsus avtomobillərin şüşələri sındırılaraq içərisindən oğurluq edildiyini bildirib. Sportinfo.az xəbər verir ki, keçirilən əməliyyat- axtarış tədbirləri nəticəsində rayon sakini 22 yaşlı Cəlil Quliyev və onun həmyaşıdı olan xalası oğlu, Bakı sakini Vüsal Hüseynov saxlanılıb.
 
Xala oğullarının əməlindən ziyan görənlər arasında milli və "Neftçi”nin üzvü Rəhman Hacıyev də var. Şəxslər istintaqa ifadələrində bildiriblər ki, əməllərini əsasən sutkanın qaranlıq vaxtlarında törədiblər. Faktlarla əlaqədar başlanan cinayət işlərinin istintaqı davam edir.
 
Cəlil Quliyev - Saxlanılan şəxs: "Bir yerdə zəngləşib görüşdük. 8 maşının şüşəsini qırdıq. Maşınlara əsasən gecə saatlarında yaxınlaşırdıq. Daşlar şüşəni qırıb, əşyaları götürürdük".
 
Saxlanılan Vüsal Hüseynovun sözlərinə görə, əsas məqsədləri də avtomobillərdən pul oğurlamaq olub. Elə buna görə də, bahalı maşınları hədəf seçiblər.
 
Vüsal Hüseynov - Saxlanılan şəxs: "Zəngləşib, "Qurtuluş"a düşdük. Maşınların şüşəsini daşla qırdıq. Pul ya əşya çıxdıqca götürdük. Baxırdıq maşınlara, bahalı maşınlara girirdik".

Tarix: 18 Mart 19:39    Oxunub: 373    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Oktyabr 2017
16 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.